UEFA-dan "Qarabağ"a XƏBƏRDARLIQ: "Bayer 04"lə oyunda məhdudiyyətlər olacaq

05.03.2024 07:31
408
65e692408be66202403243216
Martın 7-də Avropa Liqasının 1/8 finalında "Qarabağ" "Bayer 04"lə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan öncə UEFA görüşün təşkili ilə bağlı Ağdam təmsilçisinə xəbərdarlıq edib. Bu məlumatı saytımıza açıqlamasında klubun mətbuat katibi Anar Hacıyev təsdiqləyib. "Köhlən atlar"ın rəsmisinin sözlərinə görə qurum Ağdam təmsilçisinə bloger və azarkeşlərin davranışları ilə bağlı xəbərdarlıq edib:

"Bu məsələ ilə bağlı açıqlamamız olmuşdu. Blogerlə bağlı detallı şəkildə xəbərdarlıq gəlib. Problem çəkilən videolar və davranışlarla bağlıdır. Bu səbəbdən də oyunda blogerlərlə bağlı məhdudiyyətlər olacaq. Azarkeş davranışları ilə bağlı da xəbərdarlıq olunub. Amma hansısa Cərimə dən söhbət gedə bilməz".