Üçüncü Dünya müharibəsi başlayır? - Medvedev ŞOK XƏBƏRİ ELAN ETDİ

16.11.2022 13:45
4096
Muharibe
Polşa ərazisinə düşən raket hadisəsi Qərbin Rusiyaya qarşı apardığı hibrid müharibə ilə dünya müharibəsinin başlama ehtimalını artırır.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Twitter səhifəsində yazıb.

"Ukraynanın Polşa fermasına "raket zərbəsi" vurması hadisəsi yalnız bir şeyi sübut edir: Qərb Rusiya ilə apardığı hibrid müharibə yolu ilə dünya müharibəsinin başlama ehtimalını artırır", - deyə Medvedev yazıb.