Üçtərəfli görüşdən həmən sonra Putin ELAN ETDİ: İLİN SONUNA KİMİ...

26.11.2021 21:31
8755

İlin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılacaq.

AZSABAH.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

V.Putin qeyd edib ki, sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı heç bir maneə yoxdur:

"Əsas hesab etdiyim bir sıra məsələlərdə razılığa gəldik. Bunlardan birincisi, iki dövlət arasında sərhədlərin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılmasıdır - bu ilin sonuna qədər biz bunu etməyə razılaşdıq".

Rusiya lideri Soçidə Azərbaycan və Ermənistan liderləri ilə keçirilmiş görüşü məhsuldar adlandırıb: "Biz çox konstruktiv işlədik, vəziyyəti dərindən təhlil etdik. Biz bu gün çox konstruktiv işlədik".

V.Putin deyib ki, gələn həftə baş nazirin müavinləri səviyyəsində görüş keçiriləcək.

Rusiya Prezidenti danışıqlarda humanitar məsələlərlə bağlı irəli gedildiyini, eləcə də nəqliyyat dəhlizlərinin açılması ilə bağlı razılıq əldə olunduğunu əlavə edib.

Loading...