Ucarda güclü yanğın - Tamamilə KÜL OLDU

30.05.2020 15:56
64

Ucar rayonunda yanğın hadisəsi baş verib.

AzSABAH.COM-un “Report”a istinadla verdiyi xəbərə görə, hadisə gecə saatlarında Əlikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Yusif Vahid oğluna məxsus ümumi sahəsi 120 kvadrat metrlik birmərtəbəli, dördotaqlı ev içindəki əşyalarla birgə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon Yanğınsöndürmə Briqadasının 2 avtomobili və canlı qüvvəsi cəlb olunub və ətraf tikililər mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmasa da, evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...