Türkiyənin Zəlzələ olan bu rayonunda 1 nəfərin belə burnu qanamadı - ŞOK SƏBƏB

11.02.2023 17:02
8358
Zelzele
Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ nəticəsində 10 vilayətdə böyük dağıntılar və insan tələfatı qeydə alınıb. Zəlzələdən ən çox ziyan görən vilayətlərdən biri, bəlkə də birincisi Hatay olub. Minlərlə insanın öldüyü, evlərin dağıldığı Hatay vilayətində təkcə bir rayonda dağıntı və insan itkisi baş verməyib. Hatayın Ərzin rayonunun dəhşətli fəlakətdən təsirlənməməsi hər kəsin böyük mrağına səbəb olub. 

AZSABAH.COM-un xəbərinə görə, “AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hatayın Ərzin rayon Bələdiyyə Başçısı Ökkeş Elmasoğlu da Ərzində baş verən zəlzələ nəticəsində ölən və ya xəsarət alan olmadığını açıqlayıb.

Elmasoğlu sarsıdıcı və böyük zəlzələ olsa da, bölgədə nə üçün dağıntı olmadığını belə izah edib:“Əvvəla, mən işlədiyim dövrdə heç bir şəkildə qanunsuz tikintiyə icazə verməmişəm. İnsanlar bir bələdiyyə sədri kimi, həmişə mənə qarşı qəzəbli olublar. Bunu çox açıq deyirəm. Bəzən deyirdilər ki, “bu dünyada səndən başqa düzgün adam yoxdurmu?”. Hətta bir dəfə qohumlarımdan bir mənə dedi ki, “qanunsuz tikintiylə bağlı mənə cəza yazılıb”. Ona dedim ki, heç bir şey edə bilmərəm. O da eyni sualı vermişdi:“Türkiyənin tək düzgün adamı sənsənmi?”.

“Mənim vicdanım təmizdir. Biz heç bir şəkildə qanunsuz tikintiyə icazə verməmişik. Amma təbii ki, bəzi insanlar bir yol tapıb qanunsuz tikinti aparıb. Ancaq onları da cəzalandırmışıq.

"İlk növbədə vətəndaşlarımızın bu məsələyə baxış açısı dəyişməlidir. Bu məsələylə bağlı hər dəfə yüzlərlə insan gəlirdi yanıma. Çünki əvvəllər belə məsələr bu yolla həll edilirdi. Ancaq mən belə bir şeyə heç vaxt razı olmaram. Ona görə də insanların bir çoxuyla münasibətim pis idi”, - deyə o, bildirib.