Türkiyənin ilk kosmonavtı yerə QAYIDIR

07.02.2024 20:59
507
65c3b71fd60bf202402240015

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcının Beynəlxalq Kosmik Stansiyadan Yer kürəsinə qayıdışı başlayıb.

Azsabah.com “Star”a istinadən xəbər verir ki, onun təxminən 48 saat sonra dünyaya çatması gözlənilir.

Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb. O, bir sıra təcrübələr həyata keçirib.

Kosmonavtın dünyaya qayıdışı əlverişsiz hava şəraiti səbəbindən indiyədək üç dəfə təxirə salınıb./redaktor.az