Türkiyəli güləşçinin bu hərəkəti gündəm oldu: Azərbaycanlı rəqibini...

13.02.2024 20:52
317
65cb9e88de24e202402245328
Türkiyəli güləşçi azərbaycanlı rəqibinə qalib gəldikdən sonra onun yaxasındakı Azərbaycan bayrağını öpdü

Ətraflı


Türkiyənin yunan-Roma güləşçisi Rza Kayaalp Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında təqdirəlayiq addım atıb.


AZƏRTAC xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində çıxış edən 12 qat Avropa çempionu yarımfinalda Azərbaycan təmsilçisi Beka Kandelakiyə qalib gələrək finala yüksəlib.


Titullu güləşçi qarşılaşmadan sonra Kandelakiyə yaxınlaşaraq, formasının üzərində əks olunmuş Azərbaycan bayrağını öpüb.


Qeyd edək ki, Beka Kandelaki bu gün bürünc mükafat uğrunda görüşə çıxacaq.