Türkiyədən SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: Onlarla hərbçimiz əməliyyatlarda... - FOTO

10.01.2021 12:42
7615

Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda ərazilərin minalardan təmizlənməsi işləri davam edir. Ermənistan ordusunun yerləşdirdiyi minalar öz ərazilərini işğaldan azad edən Azərbaycan Ordusu tərəfindən təmizlənir.

AZSABAH.COM xəxəbr verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir: "Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə qruplarından 136 nəfər də Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib".

Qeyd edilir ki, Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə minaların təmizlənməsi üzrə təlim keçməklə yanaşı, işğaldan azad edilən Qarabağda minatəmizləmə əməliyyatlarını davam etdirirlər.


Loading...