Türkiyədə mətbəx şkafından GÖRÜN KİM TAPILDI - VİDEO

24.01.2024 21:56
396
65b14f6b04894202401245659

Türkiyənin Bursa şəhərində FETÖ terror təşkilatına üzv olduğu üçün 6 il 3 ay həbs cəzasına məhkum edilən şəxs gizləndiyi mətbəx şkafında tapılıb.

Bursa Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsinə FETÖ üzvünün Nilüfer rayonundakı evdə gizləndiyi barədə məlumat daxil olub.

Hadisə yerinə gələn qruplar sözügedən ünvanda əməliyyat keçirib. Axtarışlar zamanı terror təşkilatının üzvü mətbəx şkafında ələ keçirilib.

O, polis bölməsindəki prosedurlardan sonra həbsxanaya göndərilib.

Mənbə: SABAH