Türkiyədə dəhşətli zəlzələ BAŞ VERDİ: ölən və çox sayda yaralılar var - YENİLƏNDİ

14.06.2020 23:41
588

Türkiyənin Bingöl vilayətinin Karlova qəsəbəsindəki güclü zəlzələ nəticəsində yaralananların sayı 18-ə çatın və 1 nəfər ölüb.

AZSABAH.COM xəbər verir ki, zəlzələ bölgəsinə gedən vitseprezident Fuad Oktay deyib.

O bildirib ki, 5.7 maqnitudalı zəlzələdən sonra daha 46 təkan qeydə alınıb.

***

Türkiyədə güclü zəlzələ olub.

AZSABAH.COM-un Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 17.24 radələrində baş verən zəlzələ Bingölün Karlıova qəsəbəsində 5,7 bal gücündə olub.

Məlumata görə, zəlzələ nəticəsində 10 ev çöküb, 7 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Karlova qəsəbəsinin Kaynarpınar kəndindəki jandarmanın müşahidə qülləsinin uçduğunu, bir nəfərin dağıntılar altında qaldığını, iki nəfərin isə yüngül xəsarət aldığını deyib.

Dinarbey və Elmali kəndlərində 10 evin çökdüyü, 4 nəfərim dağıntı altından çıxarıldığı bildirilir.


Loading...

close
close