Türkiyədə DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: XEYLİ SAYDA YARALI VAR - FOTO

10.09.2022 00:51
11015
Turkiye
İstanbul şəhərində metrobusların toqquşması nəticəsində xəsarət alanların sayı artıb.

AZSABAH.COM-un Türkiyə mediasına istinadən xəbər verir ki, xəsarət alanların sayı 99 nəfərə çatıb.

Xəsarət alan sərnişinlərin müalicəsi davam edir və vəziyyətləri nəzarət altındadır.

Qeyd edək ki, hadisə şəhərin Avcılar bölgəsində yüksək sürətlə hərəkət edən dörd metrobusun toqquşması nəticəsində baş verib. 

Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub..


***

Türkiyənin İstanbul şəhərində metrobusların toqquşması nəticəsində xəsarət alanların sayı artıb.

AZSABAH.COM xəbər verir ki, son məlumata görə, yaralı sayı 85 nəfərə çatıb.

Xəsarət alan sərnişinlərin müalicəsi davam edir və vəziyyətləri nəzarət altındadır.

Xatırladaq ki, hadisə şəhərin Avcılar bölgəsində yüksək sürətlə hərəkət edən dörd metrobusun toqquşması nəticəsində baş verib. 

Qəza səbəbindən Avropa istiqamətində metrobus reysləri kəsilib.

***

Türkiyədə ağır yol qəzası olub.

AZSABAH.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb. Dörd metrobusun toqquşması nəticəsində azı 42 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbi hələ məlum deyil.