Türkiyədə DƏHŞƏT YAŞANIR: sürətlə irəliləyir, xeyli sayda KƏND BOŞALDILDI, ÖLƏNLƏRİN SAYI ARTIR - FOTO

29.07.2021 14:23
39654

Antalyada meşə yanğınlarında ölənlərin sayı 3-ə çaıb.

AZSABAH.COM-un xəbərinə görə, bu barədə Türkiyənin kənd təssərüfatı və meşə naziri Bekir Pakdemirli "Twitter"də bildirib.

***

Türkiyənin Antalya vilayətinin Manavgat rayonunda davam edən yanğında 82 yaşlı şəxs evində yanaraq ölüb.

Bunu Türkiyənin kənd təssərüfatı və meşə naziri Bekir Pakdemirli bildirib.

Nazir deyib ki, Manavqat rayonunun Oymapınar kəndində yanğından 10 nəfər təhlükəli vəziyyətdədir.

B.Pakdemirlinin sözlərinə görə, Türkiyənin müxtəlif yerlərində davam edən yanğınla əlaqədar Antalyanın 18 kənd və məhəlləsi, Adananın 11 kəndi, Mersinin isə 5 kəndi təhükəsizlik məqsədilə boşaldılıb.

Qeyd edək ki, dünən Türkiyənin Adana, Osmaniye, Kayseri və Mersin vilayətlərində yanğnlar baş verib. Ankaranın Polatlı rayonunda isə Topçu və Raket Məktəbi Komandanlığı yaxınlığında məqsədli şəkildə törədilən yanğının qarşısı alınıb.

Nazir ölkənin müxtəlif yerlərində baş verən yanğınların məqsədli törədildiyini istisna etməyib: “Yanğını alovlandıra biləcək hər cür səbəb ola bilər. Bu səbəblər daha sonra ortaya çıxa bilər”.

B.Pakdemırlı baş verən yanğın faktları ilə bağlı araşdırma başlandığını deyib.(Apa)


Loading...