Türkiyədə DƏHŞƏT YAŞANIR: ÇOX SAYDA ÖLƏN VƏ İTKİNLƏR VAR

15.03.2023 17:47
7422
Turkiye
Türkiyənin zəlzələ bölgəsində güclü sel insan tələfatına səbəb olub.

AZSABAH.COM bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Sel Şanlıurfada 10, Adıyamanda isə 2 nəfərin ölümünə səbəb olub. İtkin düşən 3 nəfərin axtarışları davam edir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.