13:04
Türkiyənin Van bölgəsində qayıq batıb.
AZSABAH.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qayığın göyərtəsindəki 60-a yaxın şəxs hamısı qaçqınlar olub. Onların hamısı itkin düşüb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, qayıqda, təxminən, 55-60 qaçaq miqrant olub.
Nazir Van gölündə batan qayıqda olan 6 nəfərin meyitinin tapılaraq sudan çıxarıldığını diqqətə çatdırıb. O, hadisə ilə əlaqədar 11 nəfərin tutulduğunu qeyd edib.