Türkiyə təhlükəli oyun oynayır - XƏBƏRDARLIQ

23.06.2020 09:08
432

“Türkiyə Liviyada təhlükəli oyun oynayır”.

AZSABAH.COM-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Emmanuel Makron Tunis Prezidenti Kais Saidlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Makron bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışdığını vurğulayıb.

Fransa lideri, Türkiyənin Liviyadakı hərəkətlərinin Berlində baş tutan beynəlxalq konfransda götürdüyü öhdəliklərə zidd olduğunu deyib.

O, Liviyadakı bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağıraraq Fransanın mövqeyini xatırladıb.(Apa)

Loading...

close
close