Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir Türkiyə Superliqasının başlayacağı tarixi açıqlyıb.
AzSABAH.COM xəbər verir ki, Nihat Özdemir bu gün video formatında keçirdiyi mətbuat konfransında Superliqanın iyunun 12-də bərpa olunacaını bildirib.
Onun sözlərinə görə, yüksək liqa ilə yanaşı, I, II, III və həvəskarlar liqasının matçları iyunun 12, 13 və ya 14-də start götürəcək. N.Özdemir hazırkı şərtlər və səhiyyə naziri ilə görüşdən sonra belə qərar qəbul etdiklərini bildirib.
O, çempionatı iyulda tamamlayacaqlarına deyib.