Türkiyə koronavirusa qalib gəlir - Yoluxanların və ölənlərin sayı KƏSKİ AZALDI

19.05.2020 20:22
233

Türkiyədə son 24 saat ərzində daha 28 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

AzSABAH.COM xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir deyib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 199 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 022 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 151 615 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 318 olmaqla 112 895 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 25 382 test aparılıb.

Loading...

close
close