Türkiyə deputat saxlanıldı

05.06.2020 00:44
153

Türkiyədə bu gün deputat səlahiyyətinə xitam verilən 3 nəfərdən biri həbs olunub.

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Musa Farisioğulları Ankaraya gedərkən Diyarbəkirdə saxlanılaraq Polis İdarəsinə aparılıb.

 ***

Türkiyədə 3 deputatın səlahiyyətlərinə xitam verilib.

Məlumata görə, bu barədə qərar Türkiyə Böyük Millət Məclisində elan olunub. Qərarda bildirilib ki, barələrində cinayət işi başlamış həmin deputatlar məhkəmənin qərarı ilə həbsə məhkum ediliblər. Türkiyə Ali Məhkəməsi (Yarğıtay) həbs qərarını qüvvədə saxlayıb. Bununla da həmin deputatların statusları ləğv edilib.

Qərara əsasən, Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat seçilən Enis Berberoğlu, Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Leyla Güven və Musa Farisioğullarının səlahiyyətlərinə xitam verilib.

Loading...

close
close