Türk hərbçilərinə DƏHŞƏTLİ HÜCUM: ŞƏHİDLƏR VƏ YARALILAR VAR - FOTO

11.02.2021 09:12
4207

Türkiyə Ordusunun 2 hərbçisi hərbi əməliyyat zamanı şəhid olub.

AZSABAH.COM xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Məlumata görə, 4 hərbçi də yaralanıb.

Nazirliyin açıqlamasında qeyd olunur ki, İraqın şimalındakı Qara bölgəsində aparılan “Pəncə Qartal-2” əməliyyatı çərçivəsində terrorçularla baş vermiş silahlı qarşıdurmada Türkiyə Ordusunun hərbi qulluqçuları kapitan Burak Coşkun və baş çavuş Harun Turhan həlak olub. Atışmada 4 əsgər də yaralanıb, yaralılar xəstəxanaya yerləşdirilib.

Açıqlamada bölgədə aparılan əməliyyat zamanı müəyyən edilmiş hədəflərin hava hücumu ilə vurulduğu və terrorçuların mövqelərinə ciddi zərbələr endirildiyi də bildirilir.

Loading...