Turizm obyektləri BU TARİXDƏ AÇILIR - Baş nazir AÇIQLADI

27.05.2020 12:47
355

İyunun 8-dən Gürcüstanda turizm obyektləri fəaliyyətini bərpa edəcək.

AzSABAH.COM Apa-ya istinadla xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxaria Qurumlararası Koordinasiya Şurasının iclasında bildirib.

O qeyd edib ki, həmin tarixdən ölkə ərazisində hər növ hotel və restoranların  fəaliyyətlərini bərpa etməsinə icazə veriləcək. Fəaliyyətə başlayacaq hotellər səhiyyə nazirliyi tərəfindən gigiyenik baxımdan təftiş ediləcək və yalnız uyğun olanlara xüsusi icazə veriləcək.

Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Gürcüstanda martın 16-da qış turizm zonalarının vaxtından əvvəl bağlanılmasına qərar verilib, ölkə ərazisində kafe, restoran və barların fəaliyyəti məhdudlaşdırılıb.

Loading...

close
close