“TRT Spor”dan Qurban Qurbanovla bağlı qürurverici PAYLAŞIM - FOTO

08.03.2024 10:39
339
65eab2c3828df202403244003

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu yekunlaşıb.

Azsabah.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

Təmsilçimiz qonaqların 34 oyunluq məğlubiyyətsiz seriyasına son qoymağa çox yaxın olub. Lakin "Bayer 04" əlavə vaxtda hesabı bərabərləşdirə bilib. 

Matç sonrası “TRT Spor” "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fotosu ilə maraqlı paylaşım edib.

Paylaşımı təqdim edirik: