Trampdan SƏRT XƏBƏRDARLIQ: Tələblərimiz 30 gün ərzində yerinə yetirilməsə...

19.05.2020 09:20
294

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) tələb etdiyi islahatların aparılmasını təmin etmək üçün ona 30 gün vaxt verib. O bildirib ki, ÜST ABŞ-ın tələblərini yerinə yetirməsə, Vaşinqton beynəlxalq qurumun maliyyələşdirilməsini qəti şəkildə dayandıracaq və üzvlüyünə yenidən baxacaq.

 

AzSABAH.COM xəbər verir ki, bunu Donald Trampın ÜST baş katibi Tedros Adanom Gebreisusa göndərdiyi məktubda qeyd edib.

 

Tramp məktubunda qeyd edib ki, ABŞ hakimiyyət orqanları tərəfindən aparılan araşdırma ÜST barədə “ciddi narahatlıqları” təsdiqləyir. 


Prezident deyib: “ABŞ prezidenti olaraq, mən sizə məlumat verməliyəm ki, əgər ÜST 30 gün ərzində əsas əhəmiyyətli təkmilləşdirmələrin həyata keçirilməsinə zəmanət vermirsə, mən ÜST-ün Birləşmiş Ştatlardan maliyyələşdirilməsini müvəqqəti donduracağam və təşkilata üzvlüyümüzü yenidən nəzərdən keçirəcəyəm”.


Loading...

close
close