Trampdan Putinlə bağlı ŞOK SÖZLƏR: Mən onun xoşuna gəlirəm...

24.05.2020 23:44
245

Vladimir Putin mənim yenidən prezident seçilməmi istəmir.

AzSABAH.COM-un Trend-ə istinadən verdiyi məlumata görə, bunu D.Tramp telejurnalist Şeril Attkinsona verdiyi müsahibəsi zamanı deyib.

D.Tramp bildirib ki, ABŞ-ın gələcək prezidenti Çin və Rusiya ilə bağlı məsələləri həll etməli olacaq: "Mən indiyə qədər Rusiyanın başına gələn ən pis şeyəm və Putin bunu başa düşür".

ABŞ prezidenti bildirib ki, rusiyalı həmkarı ilə yaxşı münasibətləri var, lakin V.Putin onun yenidən prezident seçilməsini istəmir: "Mən elə indi sizə deyə bilərəm. Düşünürəm ki, mən onun xoşuna gəlirəm, lakin mən əminəm ki, o mənim qələbə qazanmağımı istəmir. Çin də mənim qələbə qazanmağımı istəmir!".

Loading...

close
close