Toylar bu tarixdən keçiriləcək - Prezident ELAN ETDİ

09.06.2020 21:52
1277

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlərlə keçirdiyi canlı toplantıdan sonra karantin rejimi ilə bağlı açıqlamalar verib. 

AZSABAH.COM xəbər verir ki, Ərdoğan film və teatr nümayişinin 1 iyuldan müəyyənləşdirilmiş qaydalarla fəaliyyətə başlayacağını deyib. O, yaşı 65-dən yuxarı olan Türkiyə vətəndaşlarının hər gün səhər saat 10:00-20:00-a qədər küçəyə çıxa biləcəyini, 18 yaşa qədər olan gənclərin isə küçəyə çıxma qadağasının ləğv edildiyini bildirib.

Prezident restoran və kafelərin artıq saat 00:00-dək fəaliyyət göstərə biləcəyini qeyd edib.

Ərdoğan nikah salonlarının 15 iyundan, şadlıq evlərinin fəaliyyətinə və toy mərasimlərinin təşkilinə isə 1 iyuldan icazə veriləcəyini vurğulayıb.

Loading...

close
close