Toy karvanında faciəli şəkildə ölən görün hansı vəzifəlinin oğlu imiş

05.03.2024 11:00
459
65e6c3410d6c8202403240121

Martın 3-də Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.

Azsabah.com-un İqtisadiyyat.az-ın əldə etdiyi məlumata istinadən xəbər verir ki , toy karvanından qayıdarkən baş verən ağır yol qəzasında dünyasını dəyişən “BMW X5”in sürücüsü 26 yaşlı Cavid Mürsəlov vəzifəli şəxsin oğludur.

Onun atası Elşən Mürsəlov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktorudur.

Xatırladaq ki, rayonun Üçtəpə kəndində baş verən hadisə zamanı üç nəfər xəsarət alıb. Belə ki, hərəkətdə olan “BMW X5” ilə “VAZ 2106” markalı minik maşını toqquşub. Hadisədən sonra “BMW X5” yoldan çıxaraq hasara, daha sonra isə ağaca çırpılıb. Qəza zamanı “BMW X5”in sürücüsü, 26 yaşlı Cavid Mürsəlov xəstəxanaya aparılarkən yolda ölüb.