Tomas Anders Bakıda konsert verəcək

11.10.2023 15:45
798
6526b5709ace6202310234712
Əfsanəvi "Modern Talking" qrupunun solisti, dünyaca sevilən müğənni bəstəkar və prodüser Tomas Anders Bakıda konsert verəcək.

AZSABAH.COM xəbər verir ki, konsert 14 oktyabr tarixində Heydər Əliyev sarayında baş tutacaq.

Qeyd edək ki, biletlər artıq satışdadır. Qiymətlər 50-370 manat aralığında dəyişir.

Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək mümkündür.