Tofiq Fətullayev İSTEFA VERDİ

09.09.2020 17:31
22

AFFA-nın İntizam Komitəsinin sədri Tofiq Fətullayev öz istəyi ilə müvafiq vəzifədən ayrılıb.

AZSABAH.COM-un məlumatına görə, bu istefadan sonra komitənin sədri vəzifəsi Erkin Hüseynova həvalə olunub. 

Hazırda bu komitənin üzvü olan Hüseynov AFFA İcraiyyə Komitəsinin növbəti iclasına qədər vəzifəni icra edəcək. İntizam Komitəsinin tərkibi barədə müvafiq qərarın İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunması nəzərdə tutulub.

Loading...