"TikTok"a qoyulan məhdudiyyət aradan qaldırıldı? - Rəsmi AÇIQLAMA

26.10.2023 13:06
3782
653a2c66de8a1202310230750

Azərbaycanda "TikTok" sosial şəbəkəsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına dair məlumatlar yayılıb.

AZSABAH.COM Trend-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən bildiriblər ki, "TikTok" sosial şəbəkəsinə qoyulan məhdudiyyət aradan qaldırılmayıb.

Qeyd edək ki, Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı "TikTok" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.