Xalq artisti Teymur Mustafayevin dəfn mərasimində iştirak edərkən xüsusi karantin rejiminin qaydalarını pozan 7 nəfər cərimələnib.
AZSABAH.COM xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Apa-ya bildirib ki, dəfn vaxtı orada təqribən 30 nəfər şəxs olub: “Onların əksəriyyəti mərhumun yaxın qohumları və doğmaları olub. Həmin şəxslərdən 7 nəfərinin karantin qaydalarını pozduqları müəyyən edilib və barələrində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar”.