Teymur Mustafayev belə DƏFN EDİLDİ - FOTO

12.06.2020 10:42
264

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, Xalq artisti doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il dünyasını dəyişib, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb.

Loading...

close
close