Temperatur kəskin dəyişir: Bakıya gecədən başlayaraq QAR YAĞACAQ, ŞAXTA OLACAQ - Qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

04.02.2023 11:02
34598
Qar
Növbəti həftə Bakıda havanın temperaturunun qeyri-sabit keçəcəyi gözlənilir.

AZSABAH.COM-un məlumatına görə, fevralın 8-i və 9-da Bakıda və Abşeron yarımadasında qar yağacağı proqnozlaşdırılır.

Havanın temperaturu 8-i və 9-u gecə saatlarında 0 dərəcə təşkil edəcək. Gecədən etibarən qar yağacağı ehtimal edilir.

Fevralın 10-da qarın kəsiləcəyi gözlənilsə də gecə havanın temperaturunun 1 dərəcə şaxta təşkil edəcəyi proqnozlaşdırılır.