"Təmiz qadın axtarıram, 60-70 kq arası olsun" yazıb divarından asdı - VİDEO - FOTO
Türkiyənin Rizə bölgəsində 59 yaşlı kişi maraqlı tələblə gündəmə gəlib.Azsabah.com haberler-ə istinadla bildirir ki, Salih Aycibin adlı 9 uşaq atası evinin divarından evlənmək istədiyini əks etdirən tablo asıb. O, ailə quracağı qadınla bağlı bu tələbləri irəli sürüb: "Təmiz bir qadın istəyirəm, imanlı olsun. Yaxşı olardı ki, çəkisi 60-70 kq olsun, uzağı 80 kq, 150 kiloqramlıq qadın mənə lazım deyil. Natəmiz olmasın. 60-70 yaşında qadını neyləyəcəm? 40-45 yaş arası gözəl xanım olsun. Özüm sağlamam. Uşaq dünyaya gətirmək potensialı varsa, lap əla. Məqsədim gözəl yuva qurmaqdır."Həyat yoldaşını 1 il yarım əvvəl avtomobil qəzasında itirən Salih əvvəlcə tanışların məsləhəti ilə bir neçə namizəd tapsa da onları bəyənməyib, sonda istəyini əks etdirən tablo hazırlamaq qərarına gəlib. Tablosunu görənlər bunu gülüşlə qarşılayaraq sosial şəbəkələrdə paylaşıblar: "Paylaşım işə yaradı, daha çox insan gördü. Indiyə kimi 100 qadın zəng edib əlaqə saxlayıb amma heç biri uyğun gəlmir. " deyə o, sonda əlavə edib.Həmin görüntüləri təqdim edirik: