Telman Qasımov İrəvandakı evinə getdi - görün NƏLƏR GÖRDÜ

05.12.2023 20:49
504
656f54f175998202312235057

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.

AZSABAH.COM xəbər verir ki, Musavat.com- a özəl açıqlamasında hərbi ekspert bildirib ki, səfər tam məxfi təşkil edilib.

T.Qasımov illər sonra öz doğulduğu evinə dönərkən yaşadığı hissləri bizimlə bölüşüb:

"35 ildən sonra doğma şəhərə səfər etdim, məhləmizə getdim. 17 yaşıma qədər Komitas küçəsi 5A-da yerləşən evimizdə yaşamışam. Evimizə getdim. Çəkilişlər etmişəm. 35 ildən sonra 52 yaşında yenidən evimə qayıtdım. Simvolik olaraq Qərbi Azərbaycana səfər edən ilk azərbaycanlıyam.

Çox həyəcanlı idim.

Uşaqlığım İrəvanda keçib. İrəvan mənim ata yurdumdur. Evimə getməyə şansım az idi. Çox xahiş etdikdən sonra icazə verdilər. Səhər saatlarında gediş-gəliş az olduğu üçün o saatları seçdik. Özüm də başqa formada idim. Qapımıza qədər getdim, amma qapını döyə bilmədim...

Bizim evimizdə Bakı erməniləri yaşayır. Qonşularla mehriban olmuşuq. Təəssüf ki, xüsusilə Sumqayıt hadisələrindən sonra ermənilər azğınlaşdılar. Məni kimsə görsə idi, tanımazdı. Lakin özümdən asılı olmayaraq tanış simanı görə bilərdim. Küçədə hərəkətlilik artanda ərazini tərk etdik. Küçələr sanki bizim üçün darıxmışdı... Şükürlər olsun ki, 52 yaşımda İrəvanı görmək mənə qismət oldu".

T.Qasımov həmçinin, qeyd etdi ki, İrəvanda nəzərəçarpan dəyişiklik yoxdur: "Hər yerdə köşklər, dükanlar var. Yeni infrastruktur nəzərə çarpmır. Təpəbaşı məhəlləsini kənardan izlədim. Məhəlləyə girə bilmədim. Çünki missiya başqa idi. Kənardan izlədiyim qədər müasir binalarla mühasirəyə alınıb".