Tələbə qız yataqxanada faciəvi şəkildə öldü - FOTO

26.10.2023 12:07
2123
653a1ee2a6cc8202310231010

Aydında KYK Güzelhisar Qızlar Yurdunda nasaz olan liftə ilişən tələbə vəfat edib. 

AZSABAH.COM   Milli.Az-a istinadən xəbər verir ki, hadisə tələbə yataqxanasında baş verib. Qızların iddialarına görə 15 nəfərlik  liftə 16 nəfər minib. Lift həddən artıq yükləndiyindən sürüşməyə başlayıb. Panikaya düşən tələbə çıxmaq istəyib. Bu əsnada lift hərəkət edən zaman tələbə qız sıxılaraq ölüb.

Hadisədən sonra bir çox tələbə rəhbərliyə etiraz edərək, "Administrasiyaya istefa" şüarları səsləndirib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, "Yataqxana müdiri vəzifəsindən kənarlaşdırılıb, hadisə ilə bağlı müfəttiş təyin edilib və lazımi araşdırmalara başlanılıb.

Digər 15 qız liftdən çıxarılıb. Vəziyyətləri yaxşıdır.