Təhsil Nazirliyi vacib MƏLUMAT YAYDI: Mayın 31-dək...

18.05.2020 17:02
531

Xarici ali təhsil ixtisasının ölkəmizdə tanınması və nostrifikasiyası üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilməlidir.

AzSABAH.COM-a Təhsil Nazirliyindən verilən məlumata görə, ərizələrin qəbulu yalnız elektron qaydada www.tkta.edu.az səhifəsi vasitəsilə həyata keçirilir.

Agentliyin fəaliyyəti istiqamətində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün mayın 31-dək müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də [email protected] və ya [email protected] elektron poçt ünvanları vasitəsilə cavablandırılacaq.

Loading...

close
close