"Təcili yardıma zəng etməyin" - Prezidentin köməkçisindən korona ilə bağlı XALQA ÇAĞIRIŞ

03.07.2020 23:29
1
"Hazırda əksər insanlar özündə simptomlar gördüyü zaman koronavirusa yoluxduğunu düşünür".

AZSABAH.COM-un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, belə hallarda həmin şəxsin həkimə zəng etməsi tövsiyə olunur: "Bu zaman ona əlavə suallar veriləcək. Koronavirusa yoluxduğu zaman ona lazımı təlimatlar veriləcək”.

Şahmar Mövsümov əlavə edib ki, hər simptomu olan şəxs təcili yardıma zəng etməməlidir: "Təcili yardımı məşğul edib, daha vacib müraciətlərə cavab verilməsini gecikdirmək lazım deyil. Sadəcə sahə həkimi ilə əlaqə saxlamaq kifayətdir. Bu zaman poliklinikaya getməyə də ehtiyac yoxdur”.
Loading...