TƏCİLİ: Xarici işlər naziri QƏFİL VƏFAT ETDİ - FOTO

Belarusun xarici işlər naziri Vladimir Makey 64 yaşında vəfat edib.

AZSABAH.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə BelTa agentliyinə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz məlumat verib.

O, nazirin qəfil vəfat etdiyini bildirib.

Qeyd edək ki, Vladimir Makey 2012-ci ildən Belarusun xarici işlər naziri postunda çalışırdı.