TƏCİLİ: Türk general Zakir Həsənovun köməkçisi TƏYİN EDİLDİ

10.12.2022 21:52
4407
6394c86483c92202212225652
Türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyinat alıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Oxu.Az 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası ilə bağlı yayılan rəsmi məlumata istinad edir.

Bəxtiyar Ersay iclasda çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.

Qeyd edək ki, bu zamana qədər Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri olması ilə bağlı məlumat yayımlanmamışdı.

Bildirək ki, Bəxtiyar Ersay Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanıdır.