TƏCİLİ: Rusiya yenidən bütün istiqamətlərdə Ukraynaya HÜCUMA KEÇDİ - ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR

26.02.2022 21:21
338
photo_69967234

Kiyev tərəfi danışıqlardan imtina etdikdən sonra bölmələr əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücuma keçmək əmri alıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“Ukrayna tərəfi danışıqlar prosesindən imtina etdikdən sonra bu gün bütün bölmələrə əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri verilib”, - Konaşenkov deyib.