TƏCİLİ: Qarabağdakı qondarma rejim LƏĞV EDİLDİ - QƏRAR İMZALANDI

28.09.2023 10:23
4597
Xankendi
Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar verib.

Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları fəaliyyətini dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir.

Bildirilib ki, Qarabağın erməni əhalisi, o cümlədən kənarda yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.