TƏCİLİ: Qarabağda şiddətli döyüşlər gedir, daha 2 HƏRBÇİMİZ YARALANDI

01.09.2023 10:51
7006
Doyus
Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.