TƏCİLİ: Məşhur erməni general Qarabağa GİRƏRKƏN HƏBS EDİLDİ

30.08.2022 14:56
6142
630ded26699b6202208225742
Xankəndindəki terrorçu rejimin tanınmış fiqurlarından biri, qanunsuz erməni silahlı birləşmələrinin sabiq komandanı, "general-leytenant" Mikael Arzumanyan həbs olunub.
AZSABAH.COM
Ermənistan mediasına istinadən xəbər verir ki, İrəvandan Xankəndinə yönələn M.Arzumanyan 2 saat əvvəl Vardenis (Basarkeçər) rayonunda saxlanılıb.
O, Xankəndinə, mitinqə gəlirmiş.
M.Arzumanyan Ermənistan İstintaq Komitəsinin sanksiyası ilə tutulub.
M.Arzumanyan ermənilər arasında "qorxaq general" kimi tanınır. Qarabağlı ermənilərin silahlı birləşmələrinin başçısı Cəlal Harutyunyan İkinci Qarabağ Müharibəsində raket zərbəsinə tuş gələrək ağır yaralanandan sonra M.Arzumanyan "komandan" təyin edilmişdi.