TƏCİLİ: Məşhur aktrisa VƏFAT ETDİ - FOTO

28.08.2022 09:47
5142
Vefat

Türkiyənin məşhur aktrisası Füsun Günuğur vəfat edib.

AZSABAH.COM xəbər verir ki, bu haqda Dövlət Teatrları Baş İdarəsindən məlumat verib.

“Türk teatrının dəyərli adlarından olan, sənətkarımız Füsun Günuğurun vəfat xəbərini böyük kədərlə öyrəndik. Allah sənətkarımıza rəhmət eləsin, ailəsinə və sənət dünyamıza başsağlığı veririk”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Füsun Günuğur “Gönül Yokusu” , “Oyun Bitti” və “Beni Unutma” filmləri ilə məşhurluq qazanıb. O, 2008-2016-cı illərdə yayımlanan "Beni unutma" serialının 1702 bölümündə oynayıb.