TƏCİLİ! Kəlbəcərdə AĞIR QƏZA - ÖLƏN VAR!

17.12.2023 19:00
446
657f0e1d8a463202312230501
Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən xəbərə görə, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S. Rəhimov idarə etdiyi “Man” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay yatağına aşıb. Sürücü hadisə yerindən ölüb.


Faktla bağlı araşdırmalar davam etdirilir.