TƏCİLİ! GECƏ paytaxta sulu qar YAĞACAQ

13.12.2023 19:11
505
6579c9fae8de8202312231258

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZSABAH.COM-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək.

Dekabrın 13-dən 14-nə keçən gecə Abşeron yarımadasının əsasən şimalında qısamüddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5°, gündüz 5-7° olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 80-85% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6°, gündüz 6-10°, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.