TƏCİLİ - DTX yüksək vəzifəli ŞƏXSLƏRİ SAXLADI

13.05.2020 14:32
1157

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq Dövlət Sərhəd Xidmətində əməliyyat keçirib.

AzSABAH.COM xəbər verir ki, “BakuPost”un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.

Loading...