TƏCİLİ: DTX-nin sabiq RƏİS MÜAVİNİ HƏBS EDİLDİ - Xüsusi əməliyyat

16.07.2022 09:51
251
photo_69333065

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəis müavini Soso Qoqaşvili həbs olunub.

AZSABAH.COM “Report”a istinadla xəbər verir ki, onun gecə saatlarında xüsusi polis əməliyyatı nəticəsində evində həbs edildiyini əks etdirən videokadrları həyat yoldaşı sosial şəbəkədə yayıb.

S.Qoqaşvili ötən gün sosial şəbəkə səhifəsində 2021-ci ildə Gürcüstanda keçirilmiş yerli seçkilərin nəticələrinin saxtalaşdırılması barədə sübutların olduğunu yazaraq hakim “Gürcü Arzusu” Partiyasının liderlərinə onları ifşa edəcəyinə söz verib.

Sabiq yüksək vəzifəli məmurun həbsi ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

Qeyd edək ki, S.Qoqaşvili 2018-ci ildə DTX-nin rəis müavini vəzifəsindən istefa verib. O, daha sonra 2020-ci ilədək hakim partiyada Monitorinq, koordinasiya və analitika departamentinə rəhbərlik edib.