TƏCİLİ! Dördmərtəbəli bina siqnal səsi ilə DAĞIDILDI

19.12.2023 17:31
401
65819b6442ffa202312233220
Türkiyədə əsrin fəlakəti ilə viran qalan Hatay vilayətində ağır zərər dəymiş binaların dağıdılması davam edir.

Adətən proses nəzarətli partlayışla həyata keçirilir.

Ancaq Samandağ rayonunun Koyunoğlu məhəlləsində dördmərtəbəli bina qeyri-adi üsulla dağıdılıb. Belə ki, tikinti texnikasının operatoru binanı siqnal səsi ilə yıxıb.

Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, regionda təkanlar hələ də müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu, daha iki il davam edə bilər.