TƏCİLİ: Bu ərazilər də İŞĞALDAN AZAD EDİLDİ

04.08.2022 21:29
341
Teyyare

Ukrayna Silahlı Qüvvələri Slavyansk istiqamətində iki yaşayış məntəqəsini rus işğalçılarından geri alıb.

AZSABAH.COM “Unian.net”ə istinadən xəbər verir ki, bu barədə Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib.

“Həftə ərzində qoşunlarımız taktiki mövqelərini təkmilləşdirərək, Mazanovka, Brajkovka, Suluqunovka, Dmitrovka yaşayış məntəqələri ərazilərində düşmənin müdafiəsi qırılıb. Biz iki yaşayış məntəqəsini: Mazanovka və Dmitrovkanı azad etdik”, – Qromov bildirib.