TƏCİLİ! Bakıda mikroavtobus kanala DÜŞDÜ - FOTO

17.12.2023 12:53
368
657eb7a0b148d202312235600

Bakının Suraxanı rayonunda avtomobil kanala düşüb.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, qəza Hövsan yolunda qeydə alınıb. Nazir Mansurovun idarə etdiyi "Ford Tranzit" markalı mikroavtobus şəhər istiqamətində hərəkət edərkən kanala düşüb. Sürücü xəsarət almayıb və nəqliyyat vasitəsində tək olub. Avtomobil kanaldan çıxarılaraq ərazidən kənarlaşdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.